AZ

Si Cinpin İspaniyanı çoxqütblü dünyanı birgə qorumağa çağırıb

Si Cinpin İspaniyanı çoxqütblü dünyanı birgə qorumağa çağırıb

Çin və İspaniya "meşə qanunları"na qayıdışa qarşı birgə çıxış etməlidir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Çin sədri Si Cinpin İspaniya Baş naziri Pedro Sançeslə görüşündə bildirib.

Si Cinpin qeyd edib ki, hər iki ölkə ədalət prinsiplərinə sadiqdir və BMT-nin mərkəzi rolu ilə beynəlxalq hüquqa əsaslanan qaydaları qorumalıdır.

Çin lideri tərəfləri ticarət, yeni enerji və innovasiyalar sahəsində əməkdaşlığı gücləndirməyə çağırıb. Sançes isə öz növbəsində İspaniyanın geosiyasi çağırışlar, ticarət proteksionizmi və iqlim dəyişikliyi ilə mübarizədə Çinlə sıx koordinasiyaya hazır olduğunu ifadə edib.

Seçilən
27
afn.az

1Mənbələr