AZ

Orxan Məmmədov: Süni intellekt biznes xərclərini 30 % ə qədər azalda bilər

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Qadın sahibkarlığının inkişafına nail olmadan ölkənin iqtisadi inkişafından danışmaq mümkün deyil.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransdakı "Kiçik və orta bizneslərdə (KOB) qadın sahibkarlar: süni intellekt və rəqəmsallaşmanın imkanlarından istifadə" adlı panel müzakirədə deyib.

O xatırladıb ki, təxmini 50 il bundan əvvəl şirkət rəhbəri qadınlar demək olar yox idi:

"İndi isə biz konkret inkişafdan danışırıq. Rəqəmsallaşma və innovativ sahibkarlığın təşəkkülü qadın sahibkarlığının inkişafına da müsbət təsirini göstərir. Bununla bərabər, iri şirkətlərlə müqayisədə kiçik-orta biznes subyektləri çox zaman məhdud maliyyə və insan resursları, texniki biliklərin çatışmazlığı şəraitində fəaliyyət göstərir. Halbuki süni intellekt əməliyyat xərclərini 30 faizə qədər azaltmaq və biznes gəlirlərini 34 faizə qədər artırmaq imkanına malikdir".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
3
baku.ws

4Mənbələr