AZ

Orxan Məmmədov: Ölkəmizdə fərdi sahibkarların 24 fazini qadınlar təşkil edib

Bakı, 14 aprel, AZƏRTAC

Ötən ilin yekularına əsasən ölkəmizdə məşğul əhalinin təxminən 48 faizini, fərdi sahibkarların isə 24 fazini məhz qadınlar təşkil edib.

AZƏRTAC xəbər verir ki, bunu “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransın açılış mərasimində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, KOB sektorunda da kifayət qədər sayda qadın sahibkar mövcuddur. Belə ki, 2024-cü ildə təsisçisi qadın olan 2800-ə yaxın hüquqi şəxs KOB subyekti kimi qeydiyyatdan keçib. Bununla da təsisçi qadın olan hüquqi şəxs KOB-ların sayı bu gün 13 mini ötüb ki, bu da illik müqayisədə təxminən 10 faiz artım deməkdir.

O.Məmmədov qeyd edib ki, rəqəmsallaşma və innovativ sahibkarlıq təşəbbüsü qadın sahibkarlığının inkişafına son zamanlar öz müsbət təsirini göstərib. Bura süni intellekt əsaslı transformasiyanı də əlavə edə bilərik. Doğrudur ki, iri şirkətlərlə müqayisədə kiçik-orta biznes subyektləri çox zaman məhdud maliyyə və insan resursları, texniki biliklərin çatışmazlığı şəraitində fəaliyyət göstərir. Eyni zamanda, süni intellekt KOB subyektləri tərəfindən uğurla mənimsənilir və mövcud sistemlərə və proseslərə inteqrasiyası üçün strateji planlaşdırma tələb olunur. Bu sahədə bir çox dövlət qurumları Azərbaycanda həm KOB subyektləri üçün, həm bu çərçivədə fəaliyyət göstərən qadın sahibkarlara dəstək olur.

Müxbir-Aytac Haqverdiyeva, Tərgül Babayeva, Fərid Səlimov
Fotoqraf-Azər İbrahimov
Operator-İlham Nadirov
Seçilən
25
3
azertag.az

4Mənbələr