Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
2026-cı il birinci rübündə “AccessBank” QSC-nin cəmi öhdəlikləri 10.18% artaraq 1 milyon 525 min 679 manata çatıb, 2025-ci ilin birinci rübünün sonuna isə bu göstərici 1 milyon 384 min 625 manat təşkil edib.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bank hesabat dövründə 12 milyon 995 min manat xalis mənfəət əldə edib, bu isə ötən illə müqayisədə 29.32% çoxdur.
Bankın mənfəət vergisindən əvvəlki mənfəəti 16 milyon 244 min manat olub.
Cari ilin mart ayının 31-nə bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 58.16% artaraq 356 milyon 741 min manat təşkil edib (2024-cü ildə - 225 milyon 571 min manat).
Birinci rübdə hüquqi şəxslərin “AccessBank”dakı depozitləri 191 milyon 151 min manata bərabər olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.83% azdır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.