AZ

Fidan Lavrovla danışdı Ukrayna danışıqlarına vasitəçilik təklif etdi

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov aprelin 13-də türkiyəli həmkarı Hakan Fidanla danışıqlar aparıb.Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, görüş zamanı Yaxın Şərqdəki vəziyyət müzakirə olunub.Nazirlər ABŞ və İsrailin İrana qarşı hücumları nəticəsində yaranmış böhrandan çıxış yollarını nəzərdən keçiriblər və Moskva ilə Ankaranın münaqişənin sülh yolu ilə həllinə töhfə verməyə hazır olduğunu təsdiqləyiblər.

Fidan həmçinin Ukrayna ilə bağlı məsələləri və ABŞ-ın iştirakı ilə üçtərəfli danışıqların yenidən bərpası perspektivlərini qaldırıb, müzakirələr üçün İstanbulun platforma kimi təklif olunmasını irəli sürüb.Lavrov isə öz növbəsində Kiyevin hazırkı mərhələdəki hərəkətləri barədə məlumat verib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
modern.az

1Mənbələr