AZ

"Qarabağ" hədəf almışdı: "Qəbələ" onunla müqaviləni yenilədi

"Qəbələ" klubu futbolçusu Prins Ovusu ilə yeni müqavilə imzalayıb.

Publika.az xəbər verir ki, sözləşmənin müddəti 2028-ci ilin iyun ayınadək uzadılıb.

20 yaşlı vinger “Qəbələ”nin heyətində keçirdiyi 29 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

Qananın Nayan Akademiyasından transfer olunan futbolçu ötən mövsüm “Qəbələ”nin U-19 komandasında çıxış edib.

Qeyd edək ki, Ovusu ilə "Qarabağ" və "Neftçi"nin maraqlandığı iddia olunur.

Seçilən
23
publika.az

1Mənbələr