
ABŞ Dövlət Departamentinin katibi Marko Rubio 14 apreldə İsrail və Livan arasında birbaşa danışıqlarda iştirak edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, ABŞ-ni Amerika paytaxtında keçiriləcək danışıqlarda Dövlət Departamentinin müşaviri Mayk Nidhem və ABŞ-nin Livandakı səfiri Mişel İssa da təmsil edəcək. İsrail və Livan isə danışıqlarda səfir səviyyəsində təmsil olunacaq.