“İran ABŞ ilə danışıqlara hazırdır, amma qanunun aliliyi çərçivəsində".
“Cebheinfo.az” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı bildirib.
Pezeşkianın “Telegram” kanalında deyildiyinə görə, İran İslam Respublikası diplomatiyanı mübahisələrin həlli üçün üstünlük verilən vasitə hesab edir.
“ İran milli ləyaqətini və nüfuzunu qoruyub saxlayaraq, qanunun aliliyi çərçivəsində danışıqlara hazır olduğunu bəyan edir",-deyə Pezeşkian vurğulayıb.