Türkiyənin Şanlıurfa əyalətinin Siverek rayonunda liseyə silahlı hücum edilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hücumda çox sayda insan yaralanıb. Bəzi tələbələr güllələrdən qaçmaq üçün pəncərələrdən atlayıblar.
Hücumçunun məktəbin əvvəlki tələbəsi olduğu və məktəbin içərisində gizləndiyi bildirilib. O, hüquq-mühafizə orqanları ilə danışıq cəhdləri zamanı özünü öldürüb. Hadisənin baş verdiyi ərazidə çoxsaylı tibb və xüsusi əməliyyat polisi qüvvələri cəlb edilib. Yaralıların olduğu bildirilən hadisə ilə bağlı araşdırmalar davam edir.