AZ

Pezeşkiandan SON DƏQİQƏ xəbərdarlığı, ABŞ blokadası YARILDI – TV Musavat

İran Prezidenti Məsud Pezeşkian ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazını blokadaya almasının mümkün nəticələri ilə bağlı xəbərdarlıq edib. Bu barədə o, Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bildirib. “Hörmüz boğazının təhlükəsizliyinin riskə atılması qlobal ticarət üçün genişmiqyaslı nəticələrə səbəb olacaq”, - Pezeşkian vurğulayıb.

ABŞ sanksiyaları altında olan Çin tankeri Trampın bir gün əvvəl tətbiq etdiyi blokadaya baxmayaraq, Hörmüz boğazından keçib.

Teleqram kanalları məlumat yayıb. Məlumata görə, sanksiya altında olan “Rich Starry” bu qadağa altında Hörmüz boğazından keçən ilk gəmi olub:

“Gəmidə təxminən 250 min barrel metanol var, heyəti isə Çin vətəndaşlarıdır. Əvvəllər Rusiya və İran neftini daşıyan və sanksiya altında olan “Murlikishan” gəmisi də boğaza doğru gedir”. Qeyd edək ki, ABŞ tərəfindən İrana qarşı dəniz blokadası rəsmi olaraq başlayıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi deputat Rizvan Nəbiyevlə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Seçilən
18
50
musavat.com

10Mənbələr