Ötən il qeyri-işlək kreditlərin həcmi ümumi portfelin 2,5%-i qədər olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Məmmədov 2025-ci il üzrə "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu, əvvəlki illə müqayisədə cüzi artımdır:
"2024-cü ildə qeyri-işlək kreditlərin həcmi ümümi portfelin 2,4%- qədər idi. Ümumiyyətlə bu kreditlərdə artım cüzidir. Hətta Azərbaycan tarixində heç vaxt qeyri-işlək kreditlər ümumi portfelin 2,5-2,4%-i səviyyəsində olmayıb".