AZ

“Space” TV-də nə baş verir? - Ya özünü yeniləyəcək, ya da...

Azərbaycan teleməkanında vəziyyət ürəkaçan deyil. Qalmaqallar, bağlanan verilişlər, efir etikası ilə bağlı müzakirələr bir-birini əvəz edir. Tamaşaçı illərdir şikayət etdiyi “bayağı” ifaçıların nəhayət ki, efirdən uzaqlaşdırılmasının şahidi olur. Bəs bu dəyişikliklər həqiqətən keyfiyyətə aparır, yoxsa sadəcə iş görmək xatirinə atılan addımlardır?

Publika.az Yenisabah.az-a istinadən xəbər verir ki, hadisələrin mərkəzində isə “Space” TV dayanır. Dünən kanalın baş direktoru Vado Korovinin vəzifəsindən getməsi ilə bağlı yayılan xəbərlər gündəmi zəbt etdi. Kanalda Audiovizual Şuranın yoxlamalar aparması efir məkanındakı hazırki vəziyyətin nə qədər ciddi olduğunu bir daha göstərdi. Məlumdur ki, artıq söhbət tək bir verilişdən yox, ümumi idarəetmə və efir siyasətindən gedir.

“Space” TV-də gərginlik Tarix Əliyevin aparıcılığı ilə yayımlanan “Tarixin bir günü” verilişinin bağlanması ilə başladı. Sosial şəbəkələrdə geniş müzakirə olunan proqramın yayımının dayandırılması cəmiyyətə “efirdən bayağılığın yığışdırılması” kimi təqdim olundu.

ARB-də “Səni axtarıram”, “Həmin Zaur”, “Elgizlə izlə”, ATV-də “Rəngarəng” və “Bizimləsən” kimi reytinqli proqramlar da həmin siyahıya düşdü. Bir vaxtlar gündəmi zəbt edən, sosial mediada trendə çevrilən bu layihələr indi efirdə yoxdur.

“Səni axtarıram” və “Bizimləsən” formatında isə cəmi iki veriliş qaldı. Lalə Azərtaşın təqdimatında “Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” və “Space” TV-də Amil Xəlilin təqdimatında efirə gedən “Gəl danış” verilişi. Yəni format tamamilə aradan qaldırılmayıb, sadəcə nəzarət altına alınıb.

Seçilən
11
publika.az

1Mənbələr