Metbuat.az xəbər verir ki, CXP-nin təmsil edən daha bir bələdiyyə sədri partiya sıralarını tərk edib. Yerli medianın yazdığına görə, Antalyanın Serik rayonunun bələdiyyə sədri Kadir Kumbul bu gün CXP-dən istefa verib. Kadir Kumburla birlikdə bələdiyyə məclisinin bir neçə üzvü də təşkilatla yollarını ayırıb. Bələdiyyə sədrinin yaxın günlərdə Prezident Ərdoğanın lideri olduğu AKP-yə üzv olacağı bildirilir.
Qeyd edək ki, son ilyarımda 20-yə yaxın müxalif bələdiyyə sədri iqtidar partiyasına qoşulub.