AZ

Bu, mənim vəzifəm deyil

Axsham.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xalq artisti Emin Ağalarov övladları ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, müğənni teleqram hesabında uşaqlarını gələcəkdə hansı peşə sahəsində görmək istəməsi ilə bağlı sualı cavablayıb. O bildirib ki, uşaqlarının peşə seçiminə qarışmır:

"Bir neçə gün əvvəl qızım Əminənin 12 yaşı tamam oldu. Zaman necə də sürətlə keçir. Bu il kiçik qızım Afina 8 yaşına çatır, Mikayıl və Əli isə yetkinlik yaşlarını qeyd edəcəklər. Məndən tez-tez soruşurlar ki, bir ata kimi övladlarımı gələcəkdə hansı sahədə görmək istəyirəm, musiqiçi, biznesmen, yoxsa ailə biznesinin davamçıları?

Mənim vəzifəm onlar üçün yol seçmək deyil, onlara daxili kompas verməkdir. Onları mehriban, ziyalı və insanpərvər fərdlər kimi böyütməkdir. Bugünkü dünya çox sürətlidir. İnsanın özünü başqalarının rəqəmləri və gözləntiləri ilə ölçməyə başlaması çox asandır. Ona görə də bu sual veriləndə cavabım dəyişmir: İstəyirəm ki, övladlarım öz arzularının arxasınca getsinlər və xoşbəxt olsunlar. Bunu bütün uşaqlara arzulayıram"ş

Qeyd edək ki, Eminin Əli, Mikayıl adlı əkizləri, Əminə və Afina adlı iki qız övladı var. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
axsam.az

1Mənbələr