
Ağstafa çayından sel keçib.
AFN.az "Report"a istinadən xəbər verir ki, yağıntılı hava şəraiti nəticəsində Ağstafaçayda suyun səviyyəsi kəskin artıb. Bu, rayonun Molla Cəfərli, Xılxına, Pirli, Kolayır və bir neçə digər kəndi ilə rayon mərkəzini birləşdirən yolda ciddi çətinliklər yaradıb.
Selin yaratdığı fəsadlar səbəbindən birbaşa yol əlaqəsi kəsilib ki, bu da sakinlərin rayon mərkəzinə gediş-gəliş məsafəsini kilometrlərlə uzadır. Hazırda sözügedən kəndlərin əhalisi mənzil başına çatmaq üçün alternativ yollardan istifadə etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Qərb bölgəsində qeyri-sabit və yağıntılı hava şəraiti davam edir. Sinoptiklər dağ çaylarında sel və daşqın riskinin hələ də qaldığı barədə xəbərdarlıq edirlər.
![]()