AZ

Namizəd Səfərovun həbs müddəti uzadılıb

Namizəd Səfərovun həbs müddəti uzadılıb

Dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərov barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.

AFN.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı istintaq orqanının təqdimatına Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılıb.

Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.

İttiham aktına görə, özünü vəkil kimi təqdim edən Namizəd Səfərov bir vətəndaşın etibarından sui-istifadə edərək onun 53 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan həmin şəxsi yenidən vəzifəsinə bərpa etdirəcəyinə dair yalan vədlər verərək külli miqdarda pul alıb. Vəd yerinə yetirilmədiyindən zərərçəkmiş şəxs hüquq-mühafizə orqanlarına müraciət edib.

Hazırda N.Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq tədbirləri davam etdirilir.

Seçilən
19
afn.az

1Mənbələr