Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Tiktokda daha çox "Roşka" ləqəbi tanınan Rövşən Süleymanzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının ekspertləri tərəfindən vəsatət məhkəməyə daxil olub.
Həmin ekspertiza vəsatətinə məhkəmə iclasında baxılmasından ötrü məhkəmə iclası təyin olunub.
Qısa müşavirədən sonra vəsatət təmin olunaraq, ekspertizaya elave tedqiqat obyektleri (videogöruntüler) gönderilməsi ilə bağlı qərar qəbul edilib.
Məhkəmənin növbəti iclası mayın 5-nə təyin edilib.
Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə ötən ilin yanvar ayında həbs edilib.
Onun barəsində ilkin olaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Daha sonra ibtidai istintaq yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.