AZ

Kubanın populyar turizm istiqamətləri boşalıb, elektrik və yanacaqsız qalıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 14 aprel, AZƏRTAC

Fevralda Kubaya gələn xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 56 faiz azalıb. Turistik görməli yerlərin əksəriyyəti də bağlanıb.

AZƏRTAC xəbər verir ki, Kuba onilliklər ərzində ölkə iqtisadiyyatındakı və ABŞ-nin Soyuq müharibə dövründən qalan ticarət embarqosunun yaratdığı problemlərlə üzləşərək qıtlıqdan əziyyət çəkir. Bu embarqo maliyyə əməliyyatlarından tutmuş yanacaq idxalına qədər hər şeyi çətinləşdirir. Lakin bu dəfə vəziyyət fərqlidir. Bunu “Reuters” agentliyinə Sapata bölgəsinin ondan çox sakini və turizm sektorunda çalışan şəxslər bildiriblər.

“Hazırda vəziyyətimiz hətta koronavirus pandemiyası dövründəkindən də pisdir”, – deyə Arensibiya İsveçrə, Kanada, Fransa və Almaniya kimi ölkələrdən itirilmiş rezervasiyaları sadalayaraq bildirib.

Hazırda elektrik enerjisinin verilişində fasilələr sutkada 22 saat davam edir və gün ərzində cəmi bir neçə saat işıq olur. Bu qısa müddətdə sakinlər Mayami və ya Havanadakı yaxınlarına zəng etməyə, yaxud yeməkləri soyuducularda xarab olmamışdan əvvəl hazırlamağa tələsirlər.

Bir çox yaşayış məntəqəsində su qıtlığı müşahidə olunur. Elektrik enerjisinin kəsilməsi və rabitənin olmaması səbəbindən tibbi xidmətlərin göstərilməsi də çətinləşib. Əvvəllər icarəyə götürülmüş avtomobillərlə fərdi olaraq bu əraziyə kütləvi şəkildə gələn turistlər üçün yanacaq demək olar ki, əlçatmazdır.

Donald Trampın tətbiq etdiyi yanacaq blokadası Kubanın tarixən ən yüksək turizm mövsümü ilə üst-üstə düşüb. Bu isə onsuz da qıtlıq səbəbindən zəifləmiş turizm sektoru üçün fəlakətli bir ili qaçılmaz edib. Halbuki bu sahə 2024-cü ildə ölkəyə daxil olan valyutanın 10 faizədək hissəsini təmin edirdi.

Yanacaq çatışmazlığı səbəbindən şərqi Havanadan tutmuş Varadero, Kayo-Santa-Mariya və Kayo-Koko kimi ən yaxşı çimərlik kurortlarınadək bir çox otel və xidmət müəssisəsi fəaliyyətini dayandırmağa məcbur olub. Bu vəziyyət bir çox aviaşirkətləri reyslərin sayını azaltmağa vadar edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
azertag.az

2Mənbələr