AZ

Azərbaycan Astanada keçiriləcək əməyin təhlükəsizliyi üzrə ən böyük konfransda təmsil olunacaq

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Astana, 14 aprel, AZƏRTAC

Aprelin 28-dən 30-dək Astanadakı EXPO Beynəlxalq Sərgi Mərkəzində Mərkəzi Asiyanın ən böyük sənaye tədbiri olan “KIOSH 2026” - 14-cü Qazaxıstan Beynəlxalq Əməyin Mühafizəsi və Təhlükəsizliyi Konfransı və Sərgisi keçiriləcək.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, Azərbaycan, Belçika, Hindistan, Qazaxıstan, Çin, Latviya, Rusiya, Türkiyə və Özbəkistan da daxil olmaqla doqquz ölkədən 76 şirkət sərgidə iştirakını təsdiqləyib.

On altı şirkət layihəyə ilk dəfə qoşulur.

Konfrans aprelin 28-29-da keçiriləcək, sərgi isə aprelin 28-dən 30-dək açıq olacaq.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
azertag.az

2Mənbələr