
Buzqıran “Polarstern” gəmisi Juenvill adası yaxınlığındakı Ueddell dənizində naməlum bir ada aşkar edib.
Yeniavaz.com xəbər verir ki, əvvəlcə heyət adanı çirkli aysberqlə səhv salıb, lakin daha yaxından baxdıqda onun qaya olduğu məlum olub.
Buzqıran gəmi adaya 150 metrə qədər yaxınlaşıb və dron “tapıntının” havadan çəkilişi aparıb.
Adanın uzunluğunun 130 metr, eninin 50 metr, suyun səthindən hündürlüyünün təxminən 16 metr olduğu məlum olub.