AZ

Naxçıvanda ümumi daxili məhsul istehsalı 4 faiz artıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Naxçıvan, 14 aprel, AZƏRTAC

2026-cı ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında makroiqtisadi göstəricilər üzrə müsbət dinamika davam edib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətində AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hesabat dövründə ümumi daxili məhsulun istehsalı, sənaye, kənd təsərrüfatı, nəqliyyat, büdcə daxilolmaları, sahibkarlığa maliyyə dəstəyi və digər əsas istiqamətlərdə artım qeydə alınıb. Cari ilin birinci rübündə muxtar respublikada ümumi daxili məhsulun həcmi 383,6 milyon manat təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,0 faiz artım qeydə alınıb. ÜDM-in strukturunda 257,0 milyon manat xidmətlərdən yaranan əlavə dəyər, 88,1 milyon manat məhsul istehsalı, 38,5 milyon manat isə məhsula və idxala xalis vergilərin payına düşüb.

Orta aylıq nominal əməkhaqqı 803,2 manat olub

Muxtar respublikada əhalinin sosial rifahını əks etdirən əsas göstəricilərdən biri olan orta aylıq nominal əməkhaqqında da artım qeydə alınıb, cari ilin müvafiq dövründə orta aylıq nominal əməkhaqqı 803,2 manat olub, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artıb. Sahibkarlığın inkişafı istiqamətində dəstək tədbirləri davam etdirilib, 2026-cı ilin birinci rübündə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 33 layihəyə ümumilikdə 1 milyon 611 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib. Sahibkarlara verilmiş kreditlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,9 faiz artıb.

Büdcə daxilolmaları 4,2 faiz artıb

Büdcə gəlirləri üzrə göstəricilər də artımla müşayiət olunub. 2026-cı ilin birinci rübündə büdcə daxilolmaları 59,46 milyon manat təşkil edib, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz artıb. Daxilolmaların 54,79 milyon manatı vergi orqanları tərəfindən yığılan vergilər, 3,67 milyon manatı gömrük orqanları tərəfindən yığımların, 0,52 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətlərin, 0,48 milyon manatı isə digər daxilolmaların payına düşüb.

129,3 milyon manatlıq məhsul istehsal olunub

Sənaye sahəsində muxtar respublikada 129,3 milyon manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz artım deməkdir. Kənd təsərrüfatında isə 2026-cı ilin birinci rübündə 44,1 milyon manatlıq məhsul istehsal olunub, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz artıb. İstehsal olunan kənd təsərrüfatı məhsulunun 3,7 milyon manatı bitkiçilik, 40,4 milyon manatı isə heyvandarlıq sahəsinin payına düşüb. Bitkiçilik üzrə 5,5 faiz, heyvandarlıq üzrə isə 0,3 faiz artım qeydə alınıb.

Müxbir- Nail Əsgərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
azertag.az

1Mənbələr