AZ

Beniz in işi: zərərçəkənin hakimə etirazı təmin edilmədi

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən “Beniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən tərəfin hakimə və prokurora etiraz etdiyi məlum olub. Bununla bağlı məhkəməyə daxil olan sənəd elan edilib.

Etiraz edən vəkillər isə prosesdə iştirak etməsələr də, sübutların ardıcıllığı ilə sənədlərin tədqiqinə başlanılıb.

Daha sonra zərərçəkənin onlayn formatda məhkəməyə qoşulması ilə hakimə etiraz məsələsi müzakirəyə qoyulub və vəsatət təmin olunmayıb.

Daha sonra Aybəniz Xəlilovanın vəkili müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.

Müşavirədən sonra vəsatət təmin edilməyib.

Növbəti proses aprelin 28-nə təyin edilib.

Qeyd edək ki, tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
globalinfo.az

1Mənbələr