AZ

AHİK-də 2 vəzifəli şəxs işdən azad edildi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) "Kurort" Turizm İnformasiya Mərkəzinin direktoru Emilya Səfərəliyeva işdən çıxarılıb.

"Yeni Sabah" lent-az-a istinadla xəbər verir ki, AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev də tutduğu vəzifədən azad edilib.

Bundan əlavə, kənd təsərrüfatı nazirinin sabiq müavini Sarvan Cəfərov AHİK sədrinin müşaviri təyin olunub.

Cəfərov 2020-ci ildən 2026-cı ilədək kənd təsərrüfatı nazirinin müavini postunu tutub. O bu ilin yanvarında tutduğu vəzifədən azad edilib.


Telegram kanalımız
Seçilən
25
5
yenisabah.az

10Mənbələr