Süni intellekt vasitəsilə vergidən yayınanlardan şikayət edən proqram yaradılıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
“OpenClaw” proqramını elə tənzimləyib ki, alqoritm sosial şəbəkələri yoxlayır və insanların kriptovalyuta, mərc oyunları, təkrar satış və nağd pullardan əldə etdikləri gəlirlərdən vergi ödəmədiklərini (ciddi və ya zarafatla) yazdıqları paylaşımları axtarıb tapır.
Alqoritm lazımi sübutları (ekran görüntüləri, profil linkləri və digər detalları) toplayır, daha sonra avtomatik olaraq rəsmi formanı doldurur və vergi orqanına göndərir.
Bütün bunlar ilk növbədə pul mükafatı əldə etmək üçün edilir. Belə ki, vergi xidməti bu cür xəbərdarlıqlara görə təqsirkarlardan tutulan məbləğin 15-30% miqdarında ödəniş edir.
Sistemin yaradıcısı artıq 4250 nəfəri vergi orqanlarına ələ verdiyini açıqlayıb.
Xuraman Etibarlı
İnterpress.az