AZ

BMT: İlin əvvəlindən Sudanda 700-ə yaxın mülki şəxs öldürülüb

Qahirə, 14 aprel, AZƏRTAC

Bu ilin əvvəlindən bəri Sudanda PUA hücumları nəticəsində 700-ə yaxın mülki vətəndaş ölüb.

AZƏRTAC xəbər verir ki, bunu BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Tom Fletçer Sudan müharibəsinin ildönümü ilə bağlı çıxışında bildirib.

Fletçer əlavə edib ki, 2023-cü ilin aprelində başlayan müharibənin dördüncü ildönümü qaranlıq bir mərhələyə təsadüf edir və bu müddət ərzində beynəlxalq ictimaiyyət Sudan böhranı ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirməkdə uğursuz olub.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Seçilən
8
5
azertag.az

6Mənbələr