AZ

Azərbaycan Şərq və Qərb arasında strateji enerji körpüsü kimi mövqelərini gücləndirir – rəy

Bakı, 14 aprel, AZƏRTAC

Yaxın 10–15 ildə Azərbaycan coğrafi mövqeyi və çevik xarici siyasi strategiyası sayəsində qlobal enerji xəritəsində mövqelərini əhəmiyyətli dərəcədə gücləndirə bilər.

Bu fikri AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında qlobal enerji bazarı, geosiyasət, enerji riskləri və təhlükəsizlik üzrə ekspert Siril Viddershoven söyləyib. Onun sözlərinə görə, əsas amil təkcə enerji resurslarının hasilatının artması deyil, həm də ölkənin tranzit potensialından səmərəli istifadə ediləcəyidir.

Ekspert qeyd edib ki, Mərkəzi Asiya kimi regionlarla qarşılıqlı fəaliyyət, həmçinin İran və İraqla perspektiv əməkdaşlıq enerji axınlarının genişlənməsi üçün şərait yaradır.

O vurğulayıb ki, Azərbaycan artıq bu gün müxtəlif regionların enerji bazarlarını birləşdirərək Şərq ilə Qərb arasında körpü rolunu oynayır. Viddershovenin fikrincə, gələcəkdə ölkə enerji təhlükəsizliyi və dayanıqlı inkişaf sahəsində Avropa üçün əsas strateji dayaqlardan birinə çevrilə bilər.

Müəllif – Tamilla Məmmədova

Seçilən
44
1
azertag.az

2Mənbələr