Gəncə şəhərində 41 yaşlı kişi kəsici-deşici alətdən xəsarət alıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
1985-ci il təvəllüdlü E. Rəsulov qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Tural Əhmədov