AZ

Tramp Meloniyə qəzəbləndi: İran İtaliyanı iki dəqiqəyə məhv edər

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Tramp İtaliyanın baş naziri Corcia Melonini sərt şəkildə tənqid edib. Buna səbəb Meloninin Roma Papası XIV Levə dəstək verən açıqlamaları olub.

Globalinfo.az bildirir ki, Meloni Trampın pontifik barədə səsləndirdiyi fikirlərini qəbuledilməz adlandırıb.

O bildirib ki, Katolik Kilsəsinin rəhbəri hərbi əməliyyatları dəstəkləməməli və sülh tərəfdarı olmalıdır. Baş nazir həmçinin qeyd edib ki, dini liderlərin siyasətçilərin göstərişləri ilə hərəkət etdiyi bir cəmiyyətdə olmaq istəmir.

Tramp isə buna cavab olaraq Meloninin mövqeyini “qəbuledilməz” adlandırıb. Eyni zamanda onu İranın nüvə silahı əldə etməsinə laqeyd yanaşmaqda günahlandırıb. ABŞ prezidenti əlavə edib ki, İranın belə imkana sahib olsaydı, İtaliyanı iki dəqiqəyə məhv edərdi.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
globalinfo.az

1Mənbələr