AZ

Gəncədə 41 yaşlı kişi kəsici alətdən xəsarət aldı

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncə şəhərində 41 yaşlı kişi kəsici-deşici alətdən xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

1985-ci il təvəllüdlü E. Rəsulov qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Tural Əhmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
unikal.az

2Mənbələr