AZ

"Qaziantep"də Burak Yılmaz dövrü başa çatdı -FOTO

Türkiyənin "Qaziantep" klubu baş məşqçi Burak Yılmaz ilə yollarını ayırdığını rəsmən elan edib.

Redaktor.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Klubumuzda baş məşqçi vəzifəsini icra edən Burak Yılmaz ilə əməkdaşlığımıza qarşılıqlı razılaşma əsasında xitam verilib. Vəzifəyə gəldiyi ilk gündən etibarən klubun uğurları üçün böyük səy göstərən Burak Yılmaza və onun məşqçilər heyətinə dərin minnətdarlığımızı bildirir, gələcək karyeralarında uğurlar arzulayırıq", - deyə məlumatda qeyd olunub.

Qaziantepdə

Seçilən
29
1
redaktor.az

2Mənbələr