AZ

"Çelsi"nin futbolçusu klubla bağlı bütün paylaşımlarını sildi

style='margin-bottom:10px;'>

"Çelsi"nin vingeri Alexandro Qarnaço "TikTok" hesabından London klubu ilə bağlı olan bütün videoları silib.

QOL.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Daily Mail" nəşrinin məlumatına görə, 21 yaşlı argentinalı futbolçu sosial şəbəkə hesabında yalnız sabiq klubu "Mançester Yunayted"ə aid dörd video saxlayıb. Həmçinin gənc vinger sabiq komandasının azarkeşlərinin onun geri qayıtması ilə bağlı etdikləri çağırış videosunu da öz səhifəsində paylaşıb. Futbolçunun bunu Premyer Liqada "Çelsi" və "Mançester Yunayted" qarşılaşmasına bir neçə gün qalmış etməsi də diqqət çəkib.

Qarnaço ötən yay 40 milyon funt sterlinq müqabilində "Mançester Yunayted"dən "Çelsi"yə transfer olunub.

Seçilən
29
2
teleqraf.com

3Mənbələr