AZ

Gərginlik artdı: İranı misli görünməmiş plan gözləyir? – VİDEO

ABŞ Silahlı Qüvvələrinin Hörmüz boğazını blokadaya almasından sonra sual yarandı: bunun nəticəsi necə olacaq? Çünki ABŞ Prezidenti Donald Tramp bildirirdi ki, İranın 150-dən çox gəmisi məhv edilib, onların donanması yoxdur. İrandan cavab gəldi: “Tramp haradan bilir ki, bizim donanmamız yoxdur?”

İranın müdafiə nazirinin səlahiyyətlərini icra edən Məcid İbn əl-Rza bildirib ki, ABŞ-nin Hörmüz boğazını blokadaya alması fonunda İran maksimum döyüş hazırlığı vəziyyətindədir.

Ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani isə Donald Trampın Hörmüz boğazını blokadaya almaqla bağlı təhdidini “absurd” və “gülünc” adlandırıb. Amma ümumi vəziyyətə baxanda bu, heç də gülməli deyil. Hörmüz boğazının blokadası tərəflərin yenidən qarşıdurmaya keçməsi deməkdir.

Bəs İran üçün bu nə ifadə edir?

Bu və digər suallara Baku TV-nin süjetində aydınlıq gətirilib.

Seçilən
20
editor.az

1Mənbələr