Çinli ailə 80 yaşlı ananı sarsıtmamaq üçün vəfat etmiş qohumunu süni intellektlə əvəzləyib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Çində bir ailə mərhum qohumunu süni intellekt avatarı ilə əvəzləmək qərarına gəlib. Bu qeyri-adi addım mərhumun 80 yaşlı anasını ağır psixoloji travmadan qorumaq məqsədilə atılıb.
Məlumata görə, sözügedən şəxs 2025-ci ilin əvvəlində yol qəzasında həyatını itirib. Anasının səhhətinə görə ciddi narahatlıq keçirən yaxınları mərhumun foto və videolarını toplayaraq onun rəqəmsal klonunu sifariş ediblər.
İndi həmin süni intellekt klonu mütəmadi olaraq yaşlı qadınla ünsiyyət qurur, ona mesajlar yazır, zəng edir və hətta videoəlaqə vasitəsilə danışır. O, başqa şəhərdə işlədiyi üçün evə gələ bilmədiyini bildirərək anasını vəziyyətə inandırır.
Xuraman Etibarlı
İnterpress.az