AZ

Azərbaycan İdman Akademiyası Meksikanın ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlıdır

Bakı, 14 aprel, AZƏRTAC

Meksikanın ölkəmizdəki səfiri Mariya Viktoriya Romero Kabalyeronun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan İdman Akademiyasında (ASA) qonaq olub.

AZƏRTAC xəbər verir ki, ASA-nın rektoru Fuad Hacıyev qonaqlara Akademiyanın tarixi, elmi-tədris mühiti və beynəlxalq əməkdaşlıq istiqamətləri haqqında ətraflı məlumat verib. Rektor bildirib ki, ASA Meksikanın nüfuzlu ali təhsil müəssisələri ilə akademik əlaqələrin inkişaf etdirilməsinə və uzunmüddətli əməkdaşlığın qurulmasında maraqlıdır.

Səfir Mariya Viktoriya Romero Kabalyero elm və təhsil sahəsində əməkdaşlığın xalqlar arasında qarşılıqlı anlaşma və yaxınlaşmanın mühüm vasitələrindən biri olduğunu vurğulayıb.

Görüşdə ASA ilə Meksikanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. Tərəflər memorandumların imzalanması, ikili diplom proqramlarının yaradılması, tələbə və müəllim mübadiləsinin təşkili, eləcə də birgə akademik və elmi layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Sonda qonaqlara Akademiyanın MediaLab və İdman Tibbi Tədqiqatları Laboratoriyasında yaradılmış müasir tədris və tədqiqat infrastrukturu təqdim olunub.

Seçilən
31
1
azertag.az

2Mənbələr