AZ

Taksilərdə icbari sığorta niyə bahalaşdı? -

Azərbaycan Mərkəzi Bankı (AMB) taksilər üçün icbari avtosığorta xərclərinin artırılmasının səbəblərini açıqlayıb.

Metbuat.az xəbər verir ki, AMB-nin baş direktoru Vüsal Qurbanov bu gün keçirilən mətbuat konfransında bildirib ki, taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri üzrə sığorta əmsalının 50% artırılması bu seqmentdə yüksək zərərlilik göstəriciləri ilə bağlıdır. Rəsmi açıqlamaya əsasən, 2025-ci il üzrə icbari avtosığorta sektorunda ümumi zərərlilik səviyyəsi 74%-dən 85%-ə yüksəlib. Bu isə 11 faiz bəndi artım deməkdir və əsasən taksi xidmətlərinin intensiv istifadəsi ilə əlaqələndirilir. Qurum rəsmisinin sözlərinə görə, taksi avtomobilləri gündəlik daha çox məsafə qət etdiyindən qəza riskləri də daha yüksəkdir. Bu faktor sığorta hadisələrinin sayına birbaşa təsir göstərir:"Tətbiq edilən əmsal artımı sektordakı zərərliliyi qismən kompensasiya etsə də, tam şəkildə balanslaşdırmır".Azərbaycan Mərkəzi Bankı (AMB) taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri üzrə icbari avtosığorta xərclərinin artırılmasının səbəblərini açıqlayıb.Zərərlilik əmsalı barədə danışan Mərkəzi Bankın Baş direktoru Şahin Mahmudov isə qeyd edib ki, zərərlilik əmsalı üzrə hesablamalar yalnız qeyri-həyat sığorta seqmentini əhatə edir və orta göstərici təxminən 55% təşkil edir.Onun sözlərinə görə, ən ciddi artım avtomobillərin icbari sığortasında qeydə alınıb və bu dinamika əsasən taksi fəaliyyəti ilə bağlı dəyişikliklərdən qaynaqlanır:“Bu seqment üzrə tətbiq edilən 50 faizlik əmsal artımı zərərlilik səviyyəsinin yüksəlməsi ilə əlaqədardır. Qeyd etmək lazımdır ki, bu dəyişikliklərin sığorta ödənişlərinə birbaşa təsiri yoxdur. Sığorta ödənişləri artdığı üçün sığorta şirkətlərinin zərərliliyi artırdı. Bu da tariflərin yenilənməsini zəruri edir”, – deyə o bildirib.Ş.Mahmudov əlavə edib ki, bu dəyişikliklər yalnız taksi seqmentinə aiddir və digər nəqliyyat vasitələri üçün hazırda əlavə sərtləşdirmə nəzərdə tutulmur.

Gülbəniz Hüseynli / Kredit.az

Seçilən
23
13
metbuat.az

10Mənbələr