AZ

Noyer İngiltərə klubları ilə danışıqlar aparmır

“Bavariya”nın əfsanəvi qapıçısı Manuel Noyer barədə yayılan transfer xəbərləri təkzib olunub.

 90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

O 40 yaşlı qolkiper hazırda heç bir İngiltərə Premyer Liqası klubu ilə danışıqlar aparmadığını və tamamilə mövsümün həlledici mərhələsinə kökləndiyini qeyd edib.

O, daha sonra “Bavariya” ilə müqaviləsini bir il də uzadıb-uzatmayacağı barədə qərar verəcək.

Cari mövsümdə qapıçı bütün turnirlər daxil olmaqla 32 oyuna çıxıb, 30 qol buraxıb və 11 matçda qapısını toxunulmaz saxlayıb.

Xatırladaq ki, 15 apreldə “Bavariya” doğma meydanda “Real”ı qəbul edəcək. UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Seçilən
23
90deqiqe.az

1Mənbələr