AZ

Pakistan ABŞ-İran danışıqlarının ikinci raundunu bu həftə keçirməyə çalışır

İslamabad Vaşinqton ilə Tehran arasında yeni təmasların təşkili üçün fəal diplomatik səylər göstərir, Donald Tramp isə görüşün iki gün ərzində baş tuta biləcəyini istisna etməyib...

Poliqon xəbər verir ki, The New York Times nəşrinin məlumatına görə, Pakistan bu həftə ABŞ ilə İran arasında danışıqların ikinci raundunu təşkil etməyə çalışır. Məlumata əsasən, İslamabad tərəfləri yenidən bir masa arxasına gətirmək üçün diplomatik təşəbbüsləri sürətləndirib. 

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Vaşinqton və Tehran nümayəndələrinin görüşünün yaxın iki gün ərzində baş tuta biləcəyini bildirmişdi. BMT-nin Baş katibi Antonio Quterreş də danışıqların tezliklə bərpa olunmasının yüksək ehtimallı olduğunu söyləyib və Pakistanın prosesdə oynadığı rolu müsbət qiymətləndirib. 

Məlumata görə, hazırda əsas məsələ yeni görüşün hansı səviyyədə keçiriləcəyidir. Danışıqların yüksək səviyyəli siyasi formatda, yoxsa daha çox texniki və ekspert səviyyəsində baş tutacağı hələ tam dəqiqləşməyib. Eyni zamanda mümkün məkan və gündəliklə bağlı müzakirələrin davam etdiyi bildirilir. 

Regionda artan gərginlik fonunda belə bir görüşün təşkili həm diplomatik baxımdan, həm də təhlükəsizlik müstəvisində mühüm addım hesab olunur. Pakistanın vasitəçi kimi önə çıxması isə İslamabadın Yaxın Şərqdə böhranların idarə olunmasında daha fəal rol oynamağa çalışdığını göstərir. 

Poliqon.info

Seçilən
46
50
poliqon.info

10Mənbələr