AZ

Klub prezidenti sarı qırmızı kartların ləğvini təklif etdi

Qol.az saytına istinadən ain.az xəbər verir.

Klub prezidenti sarı-qırmızı kartların ləğvini təklif etdi

"Napoli" klubunun prezidenti Aurelio De Laurentiis futbol qaydalarında radikal dəyişikliklər təklif edib.

QOL.az xəbər verir ki, "Goal.com"nəşrinin məlumatına görə, İtaliyalı klub rəhbəri 90 dəqiqəlik klassik sistemin ləğv edilməsini, matçların hər biri 25 dəqiqə olmaqla, cəmi 50 dəqiqə oynanılmasını təklif edib. O, bu dəyişikliyin oyunun tempini artıracağını bildirib.

Digər diqqətçəkən təklif isə sarı və qırmızı vərəqələrin tamamilə ləğv edilməsidir. Təklifə görə, futbolçular qaydaların pozulma dərəcəsindən asılı olaraq müəyyən müddətlik meydandan kənarlaşdırıla bilərlər. Belə ki, klub rəsmisi sarı vərəqəlik epizodlarda 5 dəqiqə, ciddi qayda pozuntularında isə 20 dəqiqəlik cəza tətbiq olunmasını uyğun hesab edib.

Qeyd edək ki, bu ideyalar futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
qol.az

2Mənbələr