AZ

Livan və İsrail birbaşa danışıqlara başlamaq barədə RAZILAŞDI

Livan və İsrail birbaşa ikitərəfli danışıqlara başlamaq barədə razılığa gəlib.

Bizim.Media "Lebanon 24"ə istinadla xəbər verir ki, bu barədə Livanın Vaşinqtondakı səfiri Nada Həmmadə-Muavvad ABŞ Dövlət Departamentində keçirilən ilkin məsləhətləşmələrdən sonra bildirib.
 

Onun sözlərinə görə, tərəflər məhsuldar müzakirələr aparıb və birbaşa danışıqlara keçid üçün zəruri addımları müzakirə ediblər.


Növbəti görüşün tarixi və yeri daha sonra açıqlanacaq.

Diplomat həmçinin Livanda davam edən humanitar böhranın yüngülləşdirilməsi üçün praktiki addımların atılmasının vacibliyini vurğulayıb.

Bizim.Media

Seçilən
12
42
bizim.media

10Mənbələr