AZ

Dünya Bankı: Neft qiymətləri baxımından aprel ayı daha gərgin olacaq

Bakı, 15 aprel, AZƏRTAC

Dünya Bankının prezidenti Ajay Banga hesab edir ki, ABŞ–İsrail əməliyyatı fonunda qlobal neft qiymətlərinin artımı baxımından aprel ayı mart ayı ilə müqayisədə daha çətin keçəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə o, Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondu və Dünya Bankının rəhbər orqanlarının yaz iclası çərçivəsində təşkil olunan konfransda bildirib.

Ajay Banga qeyd edib: “Yaxın Şərqdəki vəziyyətlə bağlı fikrim belədir: düşünürəm ki, aprel ayı hazırda gözlənildiyindən daha gərgin olacaq. Çünki mart ayında dənizdə olan neft artıq təyinat nöqtələrinə çatıb və həmin dövrdə Hörmüz boğazından əlavə ciddi bir hərəkət qeydə alınmayıb”.

O əlavə edib ki, bu baxımdan aprel ayı müəyyən mənada daha mürəkkəb olacaq. Güman edirəm ki, bazar bunu qismən qiymətləndirib, lakin tam əmin deyiləm.

Seçilən
31
50
azertag.az

10Mənbələr