AZ

Leninin şüşə tabutuna hücum: tələbə saxlanıldı

Moskva şəhərində kollec tələbəsinin Vladimir Leninin Mavzoleyində baş verən qalmaqallı hərəkəti ciddi rezonans doğurub.

Musavat.com xəbər verir ki, paytaxt kolleclərindən birinin birinci kurs tələbəsi Konstantin Bodunov Leninin şüşə tabutuna (sarkofaqına) yaxınlaşaraq ona zərbələr endirib və daha sonra ayaqqabısını şüşəyə atıb.

Məlumata görə, hadisə aprelin 8-də Qırmızı Meydandakı Mavzoleydə baş verib. 18 yaşlı Bodunov əvvəlcə növbədə gözləyərək içəri daxil olub, daha sonra şüşə tabutun (sarkofaqın) yanına yaxınlaşıb və bir neçə dəfə qoruyucu şüşəni yumruqlayıb. Bununla kifayətlənməyən gənc ayağındakı mokasini çıxararaq zərbəyə davam edib.

Tələbə hadisə yerində saxlanılıb. Məhkəmədə o, özünü təqsirli bilmədiyini bildirib. Bodunov bu addımını Leninin həyata keçirdiyi iqtisadi və dini siyasətlə “qətiyyən razılaşmaması” ilə izah edib.

Nəticədə məhkəmə onu xırda xuliqanlıq maddəsi ilə təqsirli bilərək 10 sutka inzibati həbs cəzasına məhkum edib.

 

Musavat.com

Seçilən
16
50
musavat.com

10Mənbələr