AZ

Antalyada "Zəfər Kuboku"nda daha altı medal əldə etdilər

Azərbaycanın daha altı təmsilçisi Türkiyənin Antalya şəhərində keçirilən güləş üzrə "Zəfər Kuboku"nda medal qazanıb.

Sportinfo.az xəbər verir ki, U-17 yaş qrupunda sərbəst güləşdə Hüseyn Rzazadə (48 kq) gümüş, Abbas Şəfiyev (55 kq) və Elgün Kərimli (92 kq) bürünc medal qazanıb.

Yunan-Roma güləşində isə Ömər Salmanovla (48 kq) Qurban Məcnunov (55 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medalın sahibi olublar. Yusif Mirzəyev (48 kq) gümüş medal əldə edib.

Azərbaycan təmsilçiləri daha əvvəl dörd mükafat qazanıblar.

Seçilən
19
25
sportinfo.az

10Mənbələr