AZ

Norveç Ukrayna ilə müdafiə sahəsində əməkdaşlıq barədə razılığa gəlib

Bakı, 15 aprel, AZƏRTAC

Norveçin Baş naziri Yonas Qar Styore Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra iki tərəfin müdafiə əməkdaşlığı haqqında bəyannamələr imzaladığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.

Baş nazirin sözlərinə görə, Ukrayna Norveçin xarici siyasətində əsas prioritet olaraq qalır.

Styore əlavə edib ki, Oslo Kiyevin müstəqillik uğrunda mübarizəsini və özünümüdafiə hüququnu qətiyyətlə dəstəkləyir. O qeyd edib ki, Ukrayna Norveç yardımının əsas alıcısıdır.

Baş nazir bunun birtərəfli addım deyil, qarşılıqlı əməkdaşlıq olduğunu vurğulayıb.

Seçilən
21
2
azertag.az

10Mənbələr