AZ

Damar tıxanıqlığını aşkar etməyin ən ucuz və dəqiq yolu tapıldı

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İnfarkt və insultdan qorunmaq üçün onilliklərdir istifadə edilən ənənəvi "pis" xolesterin (LPNP) testi öz yerini daha dəqiq bir metoda verməyə hazırlaşır. Şimal-Qərb Universitetinin (ABŞ) mütəxəssisləri müəyyən ediblər ki, Apolipoprotein B (apoB) adlı zülalın səviyyəsinin ölçülməsi ürək-damar xəstəliklərini vaxtında aşkar etmək üçün daha effektiv vasitədir.Həkimlər uzun müddətdir ki, damarlarda tıxanıqlıq yaradan riskləri LPNP göstəricisinə əsasən qiymətləndirirdilər. Lakin yeni araşdırma sübut edir ki, apoB analizi qandakı zərərli hissəciklərin ümumi sayını daha dəqiq əks etdirir. Bu analiz sayəsində həkimlər kimə daha intensiv müalicə (məsələn, statinlər) lazım olduğunu daha dəqiq müəyyən edə bilirlər. Bu isə nəinki daha çox insanın həyatını xilas edir, həm də səhiyyə sistemi üçün iqtisadi baxımdan daha sərfəlidir.Ürək-damar xəstəlikləri hələ də dünyada əsas ölüm səbəbi olaraq qalır. Damarlarda toplanan yağ hissəcikləri zamanla lövhələr əmələ gətirərək qan axınını kəsir, bu da infarkt və ya insultla nəticələnir. Professor Kiaran Koli-Linç qeyd edir ki, apoB testi ənənəvi testlərin verə bilmədiyi tam mənzərəni yaradır və profilaktik müalicənin effektivliyini artırır.Kompüter modelləşdirilməsi vasitəsilə 250 min yetkin şəxs üzərində aparılan sınaqlar göstərib ki, apoB göstəricisinə əsaslanan müalicə strategiyası digər yanaşmalarla müqayisədə daha çox ömrü uzadır. Bu metodun geniş tətbiq olunmamasının əsas səbəbi əlavə xərclər olsa da, tədqiqatçılar bu xərcin gələcəkdə infarktların sayının azalması ilə dəfələrlə özünü doğrultduğunu sübut ediblər.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
50
demokrat.az

10Mənbələr