AZ

Vens: ABŞ-nin əsas nailiyyətlərindən biri Ukraynaya silah tədarükünün dayandırılmasıdır

BAKI, 15 aprel. TELEQRAF

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ukraynaya birbaşa silah tədarükünün dayandırılmasını Vaşinqtonun əsas nailiyyətlərindən biri kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, o, bu fikirləri Corciya ştat universitetində keçirilən forumda çıxışı zamanı səsləndirib.

“Demişdim ki, Ukraynadakı müharibəni maliyyələşdirməyi dayandırmalıyıq. Bu mövqedə qalmaqdayam”, - deyə Vens qeyd edib.

O bildirib ki, ABŞ artıq Ukraynaya silah alıb göndərmək praktikasından imtina edib və bu məsələni Avropanın üzərinə buraxıb: “Əgər Avropa silah almaq istəyirsə, bunu edə bilər. Amma ABŞ artıq silah alıb Ukraynaya göndərmir. Biz bu işdən çəkilmişik”.

Vitse-prezident əlavə edib ki, bu qərar mövcud administrasiyanın ən çox fəxr etdiyi addımlardan biridir.

Seçilən
21
50
teleqraf.com

10Mənbələr