BAKI, 15 aprel. TELEQRAF
ABŞ və İranın sonda sülh sazişi üzrə razılığa gəlməsi mümkündür.
Teleqraf xəbər verir ki, bu fikri ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts səsləndirib.
O qeyd edib ki, hər iki tərəf müxtəlif səbəblərə görə razılaşmada maraqlıdır: “Düşünürəm ki, biz hansısa razılığa və ya prezidentin dediyi kimi, sövdələşməyə nail ola bilərik, çünki hər iki tərəf bunda maraqlıdır”.
Diplomat əlavə edib ki, bununla yanaşı, tərəflərin qarşısında etimad baxımından aradan qaldırılmalı bir sıra maneələr var. Onun sözlərinə görə, hər hansı belə razılaşmada olduğu kimi, öhdəliklərin icrasına nəzarət mexanizmlərinin yaradılması da zəruri olacaq.