AZ

Tramp: ABŞ–İran münaqişəsi sona yaxınlaşır

ABŞ ilə Iran arasındakı münaqişə həllə yaxınlaşır, lakin hələ başa çatmayıb. Bunu ABŞ prezidenti Donald Trump bildirib.

“Düşünürəm ki, bu, başa çatmaq üzrədir”, – Tramp Fox News-a müsahibəsində deyib.

O əlavə edib ki, Vaşinqton “hələ işini bitirməyib” və prosesin necə inkişaf edəcəyi hələ bəlli deyil.

Aprelin 11-də Pakistan vasitəçiliyi ilə tərəflər Hörmüz boğazı, İranın nüvə proqramı və sanksiyaların mümkün yumşaldılması ilə bağlı danışıqlar aparıblar.

ABŞ-ın vitse-prezidenti J. D. Vance bildirib ki, Vaşinqton öz “qırmızı xətlərini” təqdim edib, lakin Tehran bu şərtlərlə razılaşmayıb.

Gülnar 

Seçilən
23
50
anews.az

10Mənbələr