Yaponiya hökuməti Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) üzv ölkələrinə neft alışı üçün 10 milyard dollar maliyyə dəstəyi ayırmağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə yerli NHK telekanalı məlumat yayıb.
Təşəbbüsün məqsədi bu ölkələrdən Yaponiyaya tibbi məhsulların fasiləsiz tədarükünü təmin etməkdir.
Məlumata görə, Yaponiyanın Baş naziri Sanae Takaiçi qərarı çərşənbə günü Yaponiyanın ASEAN ölkələri ilə üzv olduğu Asiya Sıfır Emissiya Birliyinin (AZEC) üzvləri ilə onlayn sammitində açıqlayacaq.
NHK vəsaitin Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) vasitəsilə ötürüləcəyini açıqlayıb. Təşəbbüsün əsas məqsədi Asiya ölkələrinin istehsal potensialını dəstəkləməkdir. Tokio ilk növbədə tibb sektorunda istifadə olunan plastik komponentlərin, xüsusən dializ prosedurları üçün istehlak materiallarının və tibbi əlcəklərin fasiləsiz təchizatını təmin etməyi hədəfləyir.