AZ

Subayların xərçəngə tutulma riski daha yüksəkdir - ARAŞDIRMA 

Subay insanlarda xərçəng xəstəliyinə tutulma riski daha yüksək ola bilər.

"Ölkə.az" xəbər verir ki, bu nəticəyə Mayami Universitetinin tədqiqatçıları milyonlarla tibbi hadisəni təhlil etdikdən sonra gəliblər.

Tədqiqat Cancer Research Communications (CRC) jurnalında dərc edilib .

Alimlər 2015-ci ildən 2022-ci ilə qədər ABŞ-ın 12 ştatında 30 yaşdan yuxarı insanlar arasında 4 milyondan çox xərçəng hadisəsini araşdırıblar. Onlar heç vaxt evlənməmiş kişilərin xəstəliyə tutulma nisbətinin 68%, heç vaxt evlənməmiş qadınların isə evli olanlarla müqayisədə 85% daha yüksək olduğunu aşkar ediblər.

Lakin tədqiqatçılar vurğulayırlar ki, bu, evliliyin xərçəngdən "qoruduğu" demək deyil.

Klinik psixoloq Frank Penedo bildirib ki, subay insanlar risk faktorlarına xüsusilə diqqətli olmalı, müayinələrdən keçməli və sağlamlıqlarını izləməlidirlər.

Siqaret çəkmək, stress səviyyəsi, müntəzəm tibbi müayinələr və hətta uşaqların olması xərçəng riskinə təsir göstərir.

Araşdırmalar nəticəsində müəyyən edilib ki, subay kişilərdə anal xərçəng riski təxminən beş dəfə, subay qadınlarda isə servikal xərçəngə tutulma ehtimalı təxminən üç dəfə çox olub. Hər iki xəstəlik insan papillomavirusu (HPV) ilə əlaqələndirilir və alimlər partnyorun erkən diaqnoz ehtimalını artıra biləcəyini irəli sürürlər.

Bununla yanaşı, sosial amillər xəstəlik risklərinin qiymətləndirilməsində mühüm rol oynaya bilər. Nəticələr göstərir ki, evlilik vəziyyəti xərçəng riskinin vacib göstəricisi ola bilər.

Elvin 

Ölkə.az

Seçilən
5
4
olke.az

5Mənbələr