AZ

Dişsiz qalan kişi həyatına son qoydu

Britaniyalı kişi Türkiyədə uğursuz diş müalicəsi alıb. Bu, onun uzun müddət dişsiz qalmasına səbəb olub.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, söhbət 48 yaşlı üç uşaq atası olan Paul Bukovskidən gedir. Paul Bukovski diş ətlərini tədricən məhv edən və diş itkisinə səbəb olan xroniki periodontit xəstəliyindən əziyyət çəkirmiş. O, Böyük Britaniyadakından daha əlverişli müalicə ümidi ilə özəl klinikada implantlar quraşdırmaq üçün Türkiyəyə gedib.

Lakin dişlər çıxarıldıqdan sonra vəziyyət gözləniləndən fərqli şəkildə inkişaf edib: xəstəyə müvəqqəti protezlər verilməyib və ona daimi implantların yalnız təxminən altı aydan sonra mümkün olacağı deyilib. Nəticədə, o, dişsiz qalıb, bu da onun fiziki və psixoloji rifahına ciddi təsir göstərib. 

Tez-tez alkoqol qəbul etməyə başlayan kişi depressiya düşüb. Çox keçmədən Paul həyatına son qoyub. Onun cansız bədəni yaşadığı ünvanda ailəsi tərəfindən aşkarlanıb. 

Məhkəmə-tibb eksperti ölüm hadisəsini rəsmi olaraq intihar kimi qiymətləndirib. 

Gülayə Mecid 

Seçilən
25
32
unikal.az

10Mənbələr